top of page

İnsentiv turizmin təşkili

Hər bir əməkdaşın motivasiyası və yüksək peşəkarlıq səviyyəsi – uğurlu biznes aparılmasının qarantıdır. Məhz personalın məhsuldar fəaliyyəti daha yüksək nəticələr əldə etməyə, gündən-günə təkmilləşməyə imkan yaradır. Əməkdaşların şirkətin rifahında maraqlı olmasını təmin etmək, onların motivasiyasını artırmaq və ən yaxşıları mükafatlandırmaq isə incentive-turizm formatında təşkil olunan səfərlər sayəsində mümkündür.

EVOE tərəfindən təşkil olunan korporativ turlar kollektivi yenidən komanda ruhu ilə birləşdirir, doğru istiqamət verir və yeni nailiyyətlər üçün ilham bəxş edir. Bundan əlavə, insentiv-turizm çərçivəsində istirahəti ixtisasartırma ilə birləşdirmək olar ki, bu da yalnız enerji toplamağa deyil, eyni zamanda işdə lazım olacaq faydalı biliklər əldə etməyə imkan yaradır.

bottom of page